ABŞ olimpiadanı boykot etməyə hazırlaşır
Bizi izləyin

İdman

ABŞ olimpiadanı boykot etməyə hazırlaşır

ABŞ-ın qadınlardan ibarət futbol millisi bu il Rio-de-Janeyroda keçiriləcək Olimpiadanı boykot etmək niyyətindədir.

Publika.az xəbər verir ki, problem komandaya çatacaq pul mükafatının məbləğindədir. Məsələ burasındadır ki, zərif cinsin nümayəndələri kişi komandasına daha artıq pul verilməsini həzm edə bilmir. 3 qat dünya və 4 qat olimpiya çempionu olan qadınlardan ibarət ABŞ millisinin mükafat fondu uğurla başa çatan 2015-ci ildə 2 milyon dollar olub. DÇ-2014-də 1/8 final mərhələsindən uzağa gedə bilməyən “kişilər”ə isə 9 milyon dollar ayrılıb.

Məsələylə bağlı bir müddət əvvəl 5 xanım futbolçu ölkənin futbol federasiyasına şikayət ərizəsi ünvanlayıb.

Olimpiya oyunları avqustun 5-21-i aralığında Rioda təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm