Çinin böyük planı - 2050-ci ilə kimi...
Bizi izləyin

İdman

Çinin böyük planı - 2050-ci ilə kimi...

Çin 2050-ci ilə kimi dünyanın ən güclü futbol ölkələrindən birinə çevrilməyi planlaşdırır.

Publika.az xəbər verir ki, Çin Futbol Federasiyasının saytındakı açıqlamada qarşıdakı illərdə həm Çin Superliqası, həm də ölkə millisinin inkişaf etdirilməsi planı açıqlanıb.

Plana əsasən, 2020-ci ilə kimi 20 min məşq bazası və 70 min futbol meydançası salınacaq. Yeni tikilən obyektlərdə 50 milyona yaxın uşağın futbolla yaxından məşğul olması planlaşdırılır.

Plana əsasən, Çin yığması 2050-ci ildə dünyanın ən güclü millilərindən birinə çevrilməlidir. Çinlilər bu illər ərzində yığmanın dünya çempionluğunu qazanmasını əsas hədəf seçiblər. Hazırda isə Çinin kişilərdən ibarət milli komandası FİFA-nın reytinq siyahısında 81-ci, qadınladan ibarət yığması isə 12-ci pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm