Erkən final türk hakimlərə tapşırıldı
Bizi izləyin

İdman

Erkən final türk hakimlərə tapşırıldı

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının hakimləri müəyyənləşib.

Publika.az xəbər verir ki, UEFA bu mərhələnin əsas qarşılaşmasını türk hakimlərə tapşırıb.

Erkən final adlandırılan "Liverpul" - "Borussiya" matçını Cüneyt Çakır idarə edəcək. Komandalar arasında ilk oyun 1:1 hesabı ilə yekunlaşıb.

Digər matçlara Sloveniya, Çexiya və İngiltərədən olan hakimlər təyinat alıb.

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-də saat 23.05-də start götürəcək.

14 aprel

23.05 Liverpul (İngiltərə) - Borussiya D (Almaniya)

Hakimlər: Cüneyt Çakır, Cem Satman, Tarik Ongün, Serkan Ok (Türkiyə).

Liverpul. “Enfild Roud”

23.05 Sevilya (İspaniya) - Atletik (İspaniya)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul (Sloveniya).

Sevilya. “Ramon Sançes Pisxuan”

23.45 Şaxtyor (Ukrayna) - Braqa (Portuqaliya)

Hakimlər: Pavel Kraloveç, Roman Slişko, Martin Vilçek, Tomaş Mokruş (Çexiya).

Lvov. "Lvov Arena"

23.45 Sparta (Çexiya) - Vilyarreal (İspaniya)

Hakimlər: Martin Atkinson, Maykl Mullarkey, Stepan Çild, Stüart Burt (İngiltərə).

Praqa. "Generali Arena"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm