Türkiyədən şad xəbər
Bizi izləyin

İdman

Türkiyədən şad xəbər

Braziliyada keçiriləcək olimpiadaya lisenziya xarakterli boks üzrə Samsun turniri davam edir.

Publika.az xəbər verir ki, yarışların 4-cü günündən sonra növbəti mərhələyə adlayan daha üç boksçumuzun adına aydınlıq gəlib. Dünya çempionu Cavid Çələbiyev (56 kq) moldovalı rəqibi Vyaçeslav Qoyanı məğlub edib.

London olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) gürcü əsilli rusiyalı boksçu Georgi Kuşitaşviliyə qalib gəlib. Abdulkadir Abdullayev (91 kq) isə litvalı boksçu Tadas Tamasauskasla qarşılaşmadan başıuca ayrılıb.

Bu gün 49 kq çəki dərəcəsində Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşacaq.

Qadınların 60 kq çəki dərəcəsində mübarizəsini davam etdirən Yana Alekseyevna isveçli Anye Aleksiussonla döyüşəcək.

64 kq çəkili kişilərin yarışında Lorenso Sotomayor yunan Aleksandros Tsanikidislə üz-üzə gələcək.

Yarımfinal uğrunda 81 kq-da Teymur Məmmədov türkiyəli Mehmet Ünalla, 91 kq-da Abdulkadir Abdullayev irlandiyalı Darren Onillə, ən ağır çəkidə (+91) Məhəmmədrəsul Məcidov isə uğrunda italiyalı boksçu Quido Vianello ilə görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm