Azərbaycan yığmasının heyəti açıqlandı
Bizi izləyin

İdman

Azərbaycan yığmasının heyəti açıqlandı

Aprelin 21-də Rusiyanın Kazan şəhərində start götürəcək cüdo üzrə Avropa çempionatı üçün Azərbaycan yığmasının heyəti məlum olub.

Publika.az xəbər verir ki, baş məşqçi Peter Zayzenbaxer ümumilikdə 10 cüdoçuya şans verəcək.

Kişilərin yarışında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə yalnız Ayşə Qurbanlı (48 kq) çıxış edəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 24-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm