Şakiraya sataşdılar – 24 min avro cərimə kəsildi - FOTO
Bizi izləyin

İdman

Şakiraya sataşdılar – 24 min avro cərimə kəsildi - FOTO

İspaniya Futbol Federasiyası (İFF) “Espanyol” klubunu azarkeşlərinin etikadan kənar davranışları üzündən cərimələyib.

Publika.az xəbər verir ki, “Espanyol” tərəfdarları “Barselona”nın müdafiəçi Jerar Pikenin həyat yoldaşı - müğənni Şakiranı təhqir ediblər. Zorakılıq Əleyhinə Mübarizə Komissiyası günahkar azarkeşlərin şəxsiyyətini müəyyən edə bilmədiyinə görə cəriməni kluba tətbiq edib.

Xoşagəlməz hal yanvarın 13-də “Espanyol” ilə “Barselona” (0:2) arasında oynanılan İspaniya kuboku matçında yaşanıb. Həmin oyunda nominal meydan sahiblərinin azarkeşləri tribunada “Şakira hamıya məxsusdur” pankartı açıblar. Bu üzdən İFF kluba 24 min avro pul cəzası kəsib.

Ulduz cütlük rəsmi nikahda deyil. Ancaq onların 2013 və 2015-ci ildə dünyaya gələn iki övladı var. Dünya şöhrətli müğənni və futbolçu 2010-cu ildən birlikdədir.

“Espanyol” və “Barselona” əzəli rəqiblərdir. Eyni şəhəri - Kataloniyanı təmsil edən komandaların qarşılaşması derbi xarakteri daşıyır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm