İdman
Cavidə erməni rəqib düşdü
Aprelin 15-də Türkiyənin Samsun şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turnirinin yarımfinal mərhələsinin görüşləri keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycan boksçularından 5-i 1/4 final görüşlərini qələbə ilə başa vurub.
Qadın boksçu Yana Alekseyevna (60 kq) isveçli Aqnes Aleksiussonu məğlub edib. Onun finala gedən yolda rəqibi irlandiyalı Keti Taylor olacaq.
Kişilərin yarışında 56 kq çəki dərəcəsindəki dünya çempionu Cavid Çələbiyev moldovalı Vyaçeslav Qoyanı yenib. C.Çələbiyevin növbəti rəqibi ermənistanlı Aram Avaqyan olacaq.
64 kq çəkidəki Lorentso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidisi üstələyib. O, yarımfinalda türkiyəli Batuhan Gözgeclə münasibətlərinə aydınlıq gətirəcək. Hər üç yarımfinal döyüşü günorta sessiyasında baş tutacaq.
91 kq çəkidə mübarizə aparan Abdulqadir Abdullayev litvalı Tadas Tamasauskasa qalib gəlib. A.Abdullayev yarımfinalda böyük britaniyalı Laurens Okoli ilə qarşılaşacaq. 91 kq-dan yuxarı çəkidə isə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov italiyalı Quido Vianellonu məğlub edib. O, yarımfinalda türkiyəli Ali Eren Demirezenlə döyüşəcək. Hər iki qarşılaşma axşam sessiyasında baş tutacaq.
Qeyd edək ki, reqlamentə əsasən hər çəkidə ilk 3 yerin sahibi "Rio-2016"-ya lisenziya qazanacaq. Bu isə finala çıxacaq boksçunun olimpiadaya vəsiqəni təmin edəcəyi anlamına gəlir. 3-cü yerin sahibləri isə yarımfinalda məğlub olanlar arasında keçiriləcək görüşlərdən sonra müəyyənləşəcək. Bürünc medal uğrunda görüşlər aprelin 16-da, final döyüşləri isə aprelin 17-də keçiriləcək.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO