ÇL və AL-də mövsümün son püşkü – (YENİLƏNİB)
Bizi izləyin

İdman

ÇL və AL-də mövsümün son püşkü – (YENİLƏNİB)

Çempionlar Liqası və Avropa Liqasında cari mövsümün son püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın binasında əvvəlcə qitənin ən nüfuzlu klub turnirinin yarımfinal cütləri müəyyənləşib.

ÇL-də mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü təşkil edib. Final matçının səfiri, ötənlərin tanınmış futbolçusu Deyan Stankoviçin çəkdiyi püşk nəticəsində "Mançester Siti" “Real”a, "Atletiko" isə "Bavariya"ya rəqib olub. "Mançester Siti" - "Real Madrid" cütünün qalibi final görüşündə nominal ev sahibi olacaq. Tədbir zamanı Çempionlar Liqasının kuboku Milan şəhərinin merinə təqdim olunub.

Qeyd edək ki, yarınmfinal mərhələsində ilk oyunlar 26-27 apreldə, cavab görüşləri 3-4 mayda təşkil olunacaq. Final matçı isə mayın 28-də İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutacaq.

Çempionlar Liqası

1/2 final

1. Mançester Siti - Real

2. Atletiko - Bavariya

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Ardınca Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Avroliqanın səfiri, ötənlərin tanınmış isveçrəli futbolçusu Aleksandr Frayın çəkdiyi püşk nəticəsində "Şaxtyor" "Sevilya"ya, "Vilyarreal" isə "Liverpul" klubuna rəqib olub. "Vilyarreal" - "Liverpul" cütünün qalibi finalda nominal ev sahibi olacaq.

İlk oyunlar 28 apreldə, cavab görüşü 5 mayda olacaq. Final qarşılaşması isə İsveçrənin Bazel şəhərindəki "Sent-Yakob Park"da təşkil ediləcək.

Avropa Liqası

1/2 final

1. Şaxtyor (Ukrayna) - Sevilya (İspaniya)

2. Vilyarreal (İspaniya) - Liverpul (İngiltərə)

Final

2-ci cütün qalibi – 1-ci cütün qalibi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm