“Qəbələ” 5 dəqiqəyə işi bitirdi
Bizi izləyin

İdman

“Qəbələ” 5 dəqiqəyə işi bitirdi

Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib.

Publika.az xəbər verir ki, tur Qəbələdə keçirilən "Qəbələ" - "Rəvan" qarşılaşması ilə start götürüb. Bu, günün yeganə oyunu olub.

Roman Qriqorçukun komandasının çempionatda işləri yaxşı getmir. "Qırmızı-qaralar" "Rəvan"la görüşədək 5 oyun idi ki, qələbəyə həsrət qalmışdılar. Autsayder "Rəvan"la oyun bu həsrətə son qoymaq baxımından əla fürsət idi.

Meydan sahibləri çətinliklə də olsa, bu dəfə qələbə qazana biliblər. Bunda rəqibin azlıqda qalmasının da rolu olub. Matçın son 10 dəqiqəsində vurulan qollarla "Qəbələ" 3 xalı hesabına yazdırıb.

Turun qalan oyunları sabah və birisigün keçiriləcək.

Azərbaycan. Premyer Liqa, 30-cu tur

15 aprel

Qəbələ - Rəvan 2:0

Asif Məmmədov, 80. Aleksey Antonov, 85.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm