• USD 1,7000 0,00% EUR 2,0142 +0,76%
    • GBP 2,2029 +0,28% RUB 0,0227 +0,44%

“Təyyarçilər” qalib gəldi

  • İdman
  • 18 Aprel 2016 05:04
  • 692 Baxış
“Təyyarçilər” qalib gəldi

Aprelin 17-də keçirilən iki matçla futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turuna yekun vurulub.

Günün ilk qarşılaşmasında “Zirə” komandası evdə autsayderlər qrupunda yer alan “Xəzər Lənkəran”ı Bonillanın 63-cü dəqiqədə vurduğu yeganə qolla məğlub edib.

Günün ikinci oyunu isə Şüvəlanda keçirilib. “AZAL” doğma meydanda “Sumqayıt”dan üstün olub- 1:0. Matçın yeganə qolunu 38-ci dəqiqədə Tural Hümbətov vurub. Bu qələbədən sonra “AZAL” xallarının sayını 42-yə yüksəldib və altıncı sıradakı mövqeyini möhkəmləndirib. “Gənclik şəhəri”nin təmsilçisi isə 29 xalla səkkizinci pillədə qərarlaşıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR