• USD 1,7000 0,00% EUR 1,9854 -0,77%
    • GBP 2,1620 -0,81% RUB 0,0223 0,00%

Samsundan üzüağ dönən millimiz - 5 medal və 5 lisenziya

  • İdman
  • 18 Aprel 2016 12:31
  • 678 Baxış
Samsundan üzüağ dönən millimiz - 5 medal və 5 lisenziya

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Təsnifat Turnirinə yekun vurulub.

Publika.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 4 boksçusu rinqə çıxıb. Əvvəlcə qadınların mübarizəsində 60 kq çəki dərəcəsində Yana Alekseyevna italiyalı İrma Testa ilə finalda üz-üzə gəlib. Alekseyevna görüşü qələbə ilə başa vuraraq, ölkəmizin aktivinə daha bir qızıl medal yazdırıb.

Kişilərin yarışında 91 kq çəkidə çıxış edən Abdulqadir Abdullayev Ukraynanı təmsil edən erməni Gevorq Manukyanla 3-cü yer uğrunda görüşdə üz-üzə gəlib. Abdullayev rəqibi 2:1 hesabı ilə məğlub edərək, bürünc medalla yanaşı, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Əslində iki boksçu "Bakı 2015" I Avropa Oyunlarının finalında da görüşməli idi. Amma həmin vaxt Manukyan zədəli olduğunu səbəb göstərərək, rinqə çıxmamışdı.

Axşam proqramında Azərbaycan təmsilçilərindən Lorentso Sotomayor (64 kq) litvalı Evaldas Petrauskasa 3:1 hesabı ilə qalib gəlib. Məhəmmədrəsul Məcidov (+91 kq) isə böyük britaniyalı Jozef Yoysa uduzub - 1:2.

Beləliklə, Azərbaycan boksçuları Avropa Təsnifat Turnirini 3 qızıl, 1 gümüş, 1 bürünc medal və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 5 lisenziya ilə başa vurub. Alekseyevna və Sotomayordan əlavə, Cavid Çələbiyev (56 kq) də qızıl medala sahib çıxıb. Məcidov gümüş, Abdullayev bürünc medal qazanıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR