İdman
“Qəbələ” rəhbərliyindən Syominə dəstək
Qəbələnin vitse-prezidenti Fariz Nəcəfov klub rəhbərliyi tərəfindən qarşısına qoyulmuş tapşırıqları hələlik yerinə yetirə bilməyən komandanın baş məşqçisi Yuri Syominə dəstək nümayiş etdirib.
Publika.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:
“Yuri Pavloviçə heç bir iradımız yoxdu. Düşünürəm ki, hər şey yaxşı olacaq və qələbələrin ardı gələcək. Bizim avrokuboklara düşmək şansımız hələlik qalır”.
Syomin “Qəbələ”nin sükanı arxasına 2013-cü ilin may ayında keçib. Rusiyalı mütəxəssisin növbəti mövsümdə komandaya rəhbərlik edəcəyinə dair suala Nəcəfov belə cavab verib: "Bu haqda biz hələlik heç bir qərara gəlməmişik”.
Nəcəfov qışda icarə əsasında “Portu”dan “Qəbələ”yə keçmiş Marat İzmaylov haqda da danışıb: “O, tədricən idman formasını yığır. Son oyunlarda fiziki formasında çatışmazlıq səbəbi ilə iştirak etməyib. Hər halda, mövsümün ilk yarısında Marat “Portu”da demək olar ki, oynamayıb”.
“Qəbələ”nin 2014-cü ildəki uğursuz nəticələrini Nəcəfov aparıcı futbolçuların bəzilərinin qışda idman formasının itirməsi ilə əlaqələndirib.
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO