• USD 1,7000 0,00% EUR 2,0173 +0,15%
    • GBP 2,2026 -0,01% RUB 0,0225 -0,89%

Atasına görə olimpiadadan imtina etdi – Böyrəyini...

  • İdman
  • 19 Aprel 2016 12:31
  • 1 024 Baxış
Atasına görə olimpiadadan imtina etdi – Böyrəyini...

Argentinalı həndbolçu atasını xilas etmək üçün Olimpiadadan imtina edib.

Publika.az xəbər verir ki, Xoana Bollinq bu il yayda Rioda keçiriləcək Olimpiadada iştirak etməyə hazırlaşırdı. Amma atasının böyrək çatışmazlığından əziyyət çəkməsi onu fikrindən daşındırıb.

Təxminən 4 il əvvəl Xoananın valideyni, sabiq peşəkar basketbolçu Elnes Bollinqin böyrəyi fəaliyyətini dayandırıb. Həftədə 3 dəfə dializə gedən ata Bollinq şiddətli ağrılarla yaşayırdı. Onun həyatını yalnız orqan köçürülməsi ilə xilas etmək mümkün idi.

20 yaşlı Xoana dəfələrlə bu barədə atasıyla danışsa da, onu razı sala bilmirdi. Nəhayət, aprelin 5-də əməliyyat baş tutdu və uğurlu alındı. Düzdür, mətbuat bundan yalnız dünən xəbər tutub. Gənc həndbolçu əməliyyatdan sonra bunları deyib: “Əminəm ki, atam da düşünmədən böyrəyini mənə verərdi. Çünkü bizim bütün analizlərimiz üst-üstə düşür. Əlbəttə atamın sağlığı mənim üçün həndboldan daha vacibdir”.

Xoana Argentinada perspektivli həndbolçulardan hesab olunurdu. O, avqustun 5-21-də Rioda təşkil olanacaq Olimpiadada iştirak edəcək Argentina millisinin heyətinə də düşmüşdü.

Pərviz Hikmət

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR