Formula-1 bütün işlər iyunun 1-də başa çatacaq
Bizi izləyin

İdman

Formula-1 bütün işlər iyunun 1-də başa çatacaq

“Trekdə maneələrin hazırlanması prosesi tamamlanıb. Mayın 1-dən etibarən maneələr trekin kənarına yerləşdiriləcək”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib.

Əslən Avstraliyadan olan mütəxəssis iyunun 17-19-da paytaxtımızda keçiriləcək “Formula-1” Avropa Qran-prisinə işlərin plan üzrə getdiyini açıqlayıb. Onun sözlərinə görə, yarışın startına 17 gün qalmış bütün işlər başa çatacaq və obyektlər təşkilatçılara təhvil veriləcək: “İşlərin 90 faizi yekunlaşıb. Hər şey iyunun 1-i üçün tam hazır olacaq”.

Butçer asfalt örtüyünün yekunlaşması üçün uyğun vaxtı da gözlədiklərini bildirib:

“Park İnn” otelindən birinci döngəyə qədər olan yerin asfalt döşənməsi qalıb. Ümumilikdə trek boyunca ümumi asfalt döşənməsi 95 faiz yerinə yetirilib. Yaxın günlərdə nəqliyyata problem yaratmayacaq bir şəraitdə nə vaxt icazə verilsə, o da tamamlanacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm