Rəsmi cavab gəldi: “Qapının arxasına səs bombaları atılıb”
Bizi izləyin

İdman

Rəsmi cavab gəldi: “Qapının arxasına səs bombaları atılıb”

Rəsmi cavab gəldi: “Qapının arxasına səs bombaları atılıb”

"Böyük oyun"dan zamanı "Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının "Neftçi" azarkeşlərinə orta barmaq işarəsi göstərməsi ilə bağlı məlumat vermişdik. Lakin Orxan Sadıqlının bu jesti cəzasız qalmışdı.

Orxan Sadıqlının etdiyi “orta barmaq” jestinə görə niyə cəzalanmaması barədə “Xəzər Lənkəran” klubundan münasibət öyrəndik.

Publika.Az-ın sualına klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu cavab verdi. Klub rəsmisi Orxanın həmin “jest”inin azarkeşlərə olmadığını bildirdi:

"Öncə də bildirmişik ki, Orxan bu hərəkəti edibsə, düzgün etməyib. Bunun cəzasını klub tərəfindən də alacaq.

Komanda iki günlük istirahətdən sonra dünən yenidən toplanıb. Sonra şəkil gündəmə gələndən sonra, Orxan kluba izahatını verdi. Bildirdi ki, onu oyunun ilk dəqiqələrdən söyməyə başlayıblar, lakin o reaksiya verməyib. Daha sonra qoruduğu qapının arxasına səs bombaları atılıb və o da nəzarəti itirdiyini deyib:

“Arxamda müharibənin, savaş ya nəyinsə baş verdiyini bilmirdim. Əlimi aşağı salaraq mövcud vəziyyətə işarə etdim. Azarkeşlərə yox. Yoxsa əlimi yuxarı qaldırardım”.

Bu Orxanın izahatıdır. Dənizli gəldikdən sonra məsələ klub daxilində təkrarən müzakirə olunacaq. Orxan məsələsi bizim üçün qapanmayıb”

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm