25 yaşlı futbolçu prezident – AZƏRBAYCANDA
Bizi izləyin

İdman

25 yaşlı futbolçu prezident – AZƏRBAYCANDA

Yeni yaranan və növbəti mövsüm I Divizionda oynamağa hazırlaşan "Ağdaş" klubunun artıq sponsor məsələsini də həll etdiyini xəbər vermişdik. Yerli meyvə emalı zavodu kluba sponsorluq etməyə razılıq verib. Biz başqa bir maraqlı məqama toxunmaq istəyirik.

Publika.az xəbər verir ki, klubun prezidenti 25 yaşlı Rəhman Əliyevdir. O, həm oynayır, həm də kluba rəhbərlik edir. “Rekord.az” saytına müsahibə verən gənc prezident tezliklə I divizionda mübarizə aparmaq istədiklərini deyib:

“Çox çalışıram ki, növbəti mövsüm I Divizionda mübarizə aparaq. I Divizion klubları ilə keçirdiyimiz yoldaşlıq matçlarında da başa-baş mübarizə aparmışdıq. İnanıram ki, AFFA dəstək versə “Ağdaş” I Diviziona başqa gözəllik qatacaq. Məqsədimiz Ağdaşı Azərbaycan futboluna qatmaqdır. İstər futbol, istərsə də azarkeş baxımından. İstəyimizi reallaşdra bilsək, 2-3 ilə Premyer Liqada da bizi görə biləcəksiniz. Məşqlərimizi olimpiya kompleksinin stadionunda edirik. Orda qalmağa yer də var. Stadionumuz təbii örtüyə malikdir. Vaxtlı vaxtında biçilir, qulluq göstərilir. Özüm komandanın həm fəhləsiyəm, həm də prezidenti. Oyundan əvvəl stadionun ot örtüyünü də özüm biçirəm, xəttləri də özüm çəkirəm. Çünki bu, məni xoşbəxt edir. Özüm də komandada 71 nömrəli formanı geyinirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm