Əfsanəvi döyüşçü karyerasını bitirdi - FOTO
Bizi izləyin

İdman

Əfsanəvi döyüşçü karyerasını bitirdi - FOTO

Qarışıq döyüş növlərinin daimi çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini bəyan edib.

Publika.az xəbər verir ki, o, bu qərarını dünən şəxsi “Tvitter” hesabında yazıb: “İdmanı gənc yaşında tərk etmək qərarına gəldim. Hər kəsə təşəkkür edirəm. Görüşərik”.

İrlandiyalı idmançı Rusiya prezidenti Vladimir Putinə heyranlığıyla gündəmə gəlmişdi. Sonradan ona Rusiya vətəndaşlığı təklif olunsa da, Makqreqor bu təklifdən imtina etmişdi.

28 yaşlı döyüşçü karyerası ərzində 19 qələbə (17-si nokautla) qazanıb. 3 dəfə rinqdən məğlub ayrılan Konor sonuncu dəfə martın 5-də amerikalı Neyt Diasa döüylmüşdü. Düzdür, döyüş titul xarakterli olmadığından çempion kəməri irlandda qalmışdı. Yeri gəlmişkən, bu döyüşə görə Makqreqor rekord məbləğdə - 1 milyon dollar qonorar almışdı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm