“Qladiator”a tülkü olmaq təklifi
Bizi izləyin

İdman

“Qladiator”a tülkü olmaq təklifi

Cari mövsümdə göstərdiyi oyunla bütün dünyanı təəccübləndirməyi bacaran “Lester” İngiltərə çempionu olmağa çox yaxındır. Rəhbərlik artıq Çempionlar Liqasına vəsiqəni təmin edən komandanın yayda gücləndirilməsi istiqamətində əməli fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, komandanın baş məşqçisi Klaudio Ranyeri “Roma”nın kapitanı Françesko Tottinin xidmətində maraqlıdır. Bu haqda İtaliya mətbuatında xəbər yayılıb. Hazırda “Roma”da işləri qatdasında getməyən “Qladiator”a 1 illik müqavilə təklif olunub. Danışıqlar artıq başlayıb.

39 yaşlı hücumçunun paytaxt klubuyla müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Odur ki, Totti istənilən klubla danışıq apara bilər.

Oyun praktikasından əziyyət çəkən veteran futbolçu son vaxtlar baş məşqçi Luçano Spaletti ilə yola getmir. Onunla eyni zamanda “Nyu-York Kosmos” klubu da maraqlanır.

“Roma”nın yetirməsi olan Totti karyerasını bir kluba həsr edən tək-tük futbolçulardandır. Cari mövsümdə cəmi 8 oyunda meydana çıxan “Qladiator” 2 qol vurub.

“Lester” isə İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 4 tur qalmış liderliyini davam etdirir və ən yaxın izləyicisi “Tottenhem”i 5 xal qabaqlayır. Ranyerinin rəhbərlik etdiyi komanda ilk dəfə Çempionlar Liqasında oynamağı təmin edib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm