Yay Olimpiya Oyunlarının məşəli yandırıldı
Bizi izləyin

İdman

Yay Olimpiya Oyunlarının məşəli yandırıldı

Bu gün Yunanıstanın paytaxtı Afinada 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunları məşəlinin alovlandırılma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, alov Afina yaxınlığında yerləşən Olimpiya məbədindən götürülüb.

Məşəlin daşınma estafetini yunan idmançılar başlayıb. İlk olaraq məşəli 2015-ci ildə idman gimnastikası üzrə dünya çempionu olmuş Petrunias Elefterios daşıyıb. Estafetin özünə aid mərhələsini başa vurduqdan sonra o, məşəli voleybol üzrə braziliyalı ikiqat olimpiya çempionu Covane Qavioya verəcək. Yunanıstanda məşəli ölkədə öz talelərinin həllini gözləyən on minlərlə qaçqından biri də daşıyacaq.

Bir həftə Yunanıstanda saxlanılacaq məşəl aprelin 27-də "Rio-2016"-nın Təşkilat Komitəsinə təqdim olunacaq. Braziliyada isə məşəlin daşınma estafeti mayın 3-də start götürəcək. 12 min insanın iştirakı ilə daşınacaq məşəl avqustun 5-də Rio-de-Janeyroya - olimpiadanın açılış mərasiminin keçiriləcəyi Marakana stadionuna gətiriləcək.

Məşəlin alovlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Qeyd edək ki, Olimpiya Oyunları 5-21 avqustda Rio-de-Janeyroda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm