Ronaldonun “Barsa”lı sevgilisi - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldonun “Barsa”lı sevgilisi - FOTOLAR

“Real”ın və Portuqaliya millisinin lideri Kristiano Ronaldonun şəxsi həyatı da oynadığı futbol qədər gündəmdədir. İrina Şeykdən ayrıldıqdan sonra az qala hər ay bir qızla görüşdüyü deyilən forvard haqda yeni iddia var.

Publika.az xəbər verir ki, 31 yaşlı Ronaldonun yeni rəfiqəsi meksikalı pilot Ale Manrikesdir. Goal.com-un yaydığı məlumata görə, portuqaliyalı ulduz ilk dəfə meksikalı xanımın instaqram səhifəsində dekabrda “görünüb”. Altındakı şərh isə belə olub: “Dünyanın ən yaxşı futbolçularından biri ilə eyni təyyarədə uçduğum üçün xoşbəxtəm”.

Aprelin ortalarında Ronaldo və Manrikes daha qeyri-formal şəraitdə görüşüb. Bu xəbərdə cəlbedici məqam ondan ibarətdir ki, Manrikesin köhnə fotolarında “Barselona” izi var. Bu da onun “Real”ın əzəli rəqibinin pərəstişkarı olmasına işarədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm