KURYOZ: Ölmüş hakimə təyinat verdilər
Bizi izləyin

İdman

KURYOZ: Ölmüş hakimə təyinat verdilər

Nigeriya futbolunda böhranlı durum davam edir.

Publika.az xəbər verir ki, futbol təsərrüfatında faktiki olaraq, ikihakimiyyətlilik yaşanır. Aprel ayında Nigeriya məhkəməsi federasiya prezidenti Amacu Pinnikin vəzifədən getməli, onun postunu isə Kris Qivinin tutmalı olduğu barədə qərar çıxarıb.

Ancaq Pinnikin komandası bu qərarla razılşamayıb. İndi ölkədə iki federasiya fəaliyyət göstərir. İdarəetmə sisteminin iflic olması hakim təyinatlarına da öz təsirini göstərib.

Ölkə çempionatında "Varri Vulvs"la "Civa"a arsına keçiriləcək qarşılaşmaya hakim təyinatı təəccübə səbəb olub. Amacu Pinnikin başçılıq etdiyi federasiya 2016-cı ilin yanvar ayında vəfat etmiş hakimi oyuna təyin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm