Mançini: “Droqba əvvəlki gücdə deyil, getsin”
Bizi izləyin

İdman

Mançini: “Droqba əvvəlki gücdə deyil, getsin”

Mançini: “Droqba əvvəlki gücdə deyil, getsin”

"Qalatasaray"ın Didye Droqbanı mövsümün sonunda göndərə bilər.

Baş məşqçi Roberto Mançini forvardı komandada görmək istəmir. Publika.Az xəbər verir ki, türkiyə mətbuatı iddia edir ki, məşqçi klub prezidenti Ünal Aysalla görüşdə hücumçunun "Cim-Bom"dakı taleyini müzakirə edib.

Aysal Mançiniyə Droqba ilə müqaviləni yeniləmək istədiklərini deyib.

Mançini isə futbolçunun qol vurmaqda çətinlik çəkdiyini və artıq əvvəlki gücündə olmadığını bildirib. Bu səbəbdən o, Droqbanın klubdan ayrılmasını daha düzgün hesab edib. 49 yaşlı çalışdırıcıgənc futbolçulardan ibarət komanda yaratmaq istədiyini qeyd edib.

Qeyd edək ki, Droqbanın "Qalatasaray"la müqaviləsi mövsümün sonuna qədərdir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm