İdman
Putin ən çətin layihəni Araz Ağalarova tapşırdı
Rusiyada 2018-ci ildə keçiriləcək Dünya Çempionatının stadionlarını inşa edəcək şirkətlərin adları açıqlanıb.“Axar.az” xəbər verir ki, həmin şirkətlərin arasında azərbaycanlı milyarder Araz Ağalarovun rəhbəri olduğu “Krokus İnterneşnl” şirkəti də var.
Ağalarovun şirkəti Rostov və Kalininqrad şəhərlərində Dünya Çempionatnın keçiriləcəyi stadion inşa edəcək.Stadionun tikintisi ilə bağlı açıqlama verən Ağalarov bildirib ki, ona ən çətin obyektlər düşüb: “Oradakı stadionlar 3 tərəfdən su ilə əhatə olunub və əlverişsiz yerdə yerləşir. Həmin ərazilərdə infrastruktur və kommunikasiya yoxdur”.
Dünya Çempionatı Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Onlardan 5-i artıq hazırdır. Qalan 7 stadionun tikintisi Rusiyanın tanınmış iş adamlarına həvalə olunub. Həmin stadionlar Nijni-Novqorod, Volqoqrad, Kalininqrad, Samara, Saransk və Rostovda inşa olunacaq.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu