“Neftçi” “Zirə” ilə bacarmadı
Bizi izləyin

İdman

“Neftçi” “Zirə” ilə bacarmadı

Aprelin 23-də futbol üzrə Topaz Premyer Liqasının 31-ci turunun növbəti oyununda “Neftçi” ilə “Zirə” komandaları qarşılaşıb.

“Bakcell Arena”da keçirilən və baş hakim Fariz Yusifovun idarə etdiyi görüşdə hesab açılmayıb.

Qeyd edək ki, “Neftçi” bu günədək keçirilən görüşlərin heç birində debütant klubu məğlub edə bilməyib.

Turun digər qarşılaşmaları aprelin 24-də oynanılacaq. Həmin gün “Sumqayıt” Gəncənin “Kəpəz” komandasını, “Rəvan” isə “AZAL”ı qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm