“Kəpəz” Sumqayıtdan 3 xalla döndü
Bizi izləyin

İdman

“Kəpəz” Sumqayıtdan 3 xalla döndü

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulur.

Turun son iki oyunundan biri Sumqayıtda, digəri isə paytaxtda oynanılır. Günün ilk görüşündə “Sumqayıt” klubu mükafatçılar sırasına düşməyə çalışan “Kəpəz”i qəbul edib. Gəncə təmsilçisi Sumqayıt səfərindən əzmkar qələbə ilə dönüb.

Belə ki, 22-ci dəqiqədə meydan sahibləri Murad Ağayevin qolu ilə hesabı açıblar. Birinci hissənin sonunda Pərdis Fərcad Azad avtoqol müəllifi olub-1:1. Azarkeşlər ikinci hissədə daha üç qolun şahidi olublar. Junior Osvaldo 59 və Julien Ebah bir dəqiqə sonra “Kəpəz”i 1:3 hesabda irəli çıxarıb. “Sumqayıt”ın gücü Amil Yunanovun 72-ci dəqiqədə vurduğu daha bir qola çatıb-2:3.

Beləliklə, qalibiyyət sayəsində xalını 49 çatdıran Şahin Diniyevin komandası turnir cədvəlində “Qəbələ” və “İnter”lə birgə üçüncü pilləyə şərik olublar. “Sumqayıt” isə uduzsa da, 29 xalla yenə səkkizinci yerdə qalıb.

Bu dəqiqələrdə “Rəvan” – AZAL arasında turun son görüşü oynanılır. İlk yarının nəticəsinə görə meydan sahibləri hesabda 1:0 öndədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm