Millimiz Avropa üçüncüsü oldu
Bizi izləyin

İdman

Millimiz Avropa üçüncüsü oldu

Azərbaycanın kişi cüdoçulardan ibarət milli komandası tarixi nailiyyətə imza atıb.

Publika.az xəbər verir ki, yığma Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında komanda yarışında bürünc medal qazanıb.

İlk rəqib Latviyanı 4:1 hesabı ilə məğlub etdikdən sonra Azərbaycan millisi Polşaya yenilib - 2:3. Bununla belə, təsəlliverici görüşlərdə Yunanıstanı və Fransanı 3:2 hesabı ilə üstələməyi bacaran Peter Zayzenbaxerin rəhbərlik etdiyi komanda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Digər "bürünc"ə Polşa sahib çıxıb. Finalda isə Rusiya və Gürcüstan üz-üzə gəlib.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Vüqar Şirinli (66 kq), Rüstəm Orucov (73 kq), Rüstəm Alimli (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşangi Kokauri, Elxan Məmmədov (hər ikisi +90 kq) mübarizə aparıb. Onlardan Orucov bütün qarşılaşmalarından, Şirinli və Mehdiyev Polşa istisna olmaqla, Alimli Latviya və Yunanıstandan başqa qalanlarından qalib ayrılıb.

Kokauri Latviya ilə qarşılaşmada rəqibi olmadığı üçün qalib sayılıb. O, sonrakı görüşlərində fransalı rəqibini yensə də, polşalıya uduzub. Məmmədov isə yeganə sınağında Yunanıstan təmsilçisinə yenilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm