Dopinqə görə Azərbaycana 500 minlik CƏRİMƏ
Bizi izləyin

İdman

Dopinqə görə Azərbaycana 500 minlik CƏRİMƏ

Azərbaycan Ağır Atletika Federasiyasının dopinq qalmaqalından günahlandırılması, 5 atletimizin də Avropa çempionatında qazandığı medallarının əlindən alınaraq uzaqlaşdırılması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi saytında məlumat yaymışdı.

Məlumatda bildirilir ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il yarışlarda iştirak etmək qadağan edilib.

Lakin bu gün yayılan məlumatlara görə, Avropa Ağır Atletika Federasiyasının aprelin 3-13-də Təl-Əvivdə keçirəcəyi əsas Avropa çempionatında Azərbaycan yığması iştirak etməyəcəyi bildirilir.

Çünki Avropa Ağır Atletika Federasiyası 9 atletinin dopinqdən istifadədə günahlandırılmasına görə, Azərbaycanı 500 min dollar məbləğində cərimələyib.

Lakin beynəlxalq qurum Azərbaycan federasiyasının fəaliyyətini dondurmayacağını və atletlərimizi cəzalandırmaq fikirlərindən daşınmayacaqlarını bildirib.

Azərbaycanın beş kişi və dörd qadın ağırlıqqaldırma üzrə atleti 2013-cü ildə dopinq testlərindən çıxa bilməyib.

Avropa Ağır Atletika Federasiyası cərimənin 6 ay müddətinə ödənməsini tələb edir və məbləğ ödənməyənə qədər Azərbaycan heç bir yarışda iştirak edə bilməyəcək.

Qeyd edək ki, federasiyanın rəsmi saytında Azərbaycanın adı olmayan siyahı yerləşdirib. Siyahıda çempionata qatılacaq ölkələrin və idmançıların adları qeyd olunub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm