Avropanın ən faydalı hücumçusu nə Ronaldodur, nə də Messi - SİYAHI
Bizi izləyin

İdman

Avropanın ən faydalı hücumçusu nə Ronaldodur, nə də Messi - SİYAHI

“Real”ın futbolçusu Kristiano Ronaldo hazırda avrokuboklar tarixinin ən yaxşı bombardiri statusunu daşıyır. Ancaq faydalılıq planında portuqaliyalı heç də lider sayılmır.

Publika.az xəbər verir ki, müasir futbolda Lionel Messi (Barselona) ilə Ronaldo məhsuldarlıq baxımından xeyli rekordlar qırıb. Ancaq hələ də əfsanəvi “qol maşını” Herd Müllerə çata bilməyiblər.

UEFA-nın rəsmi saytı futbolçuların avrokuboklardakı faydalı iş əmsalını araşdırıb. Siyahıya qitəmiqyaslı turnirlərdə ən azı 20 oyun keçirənlər düşüb.

Çempionlar Liqasında (Avropa Çempionlar Kuboku) ən yüksək məhsuldarlıq göstərənlər

0,97: Herd Müller (Bavariya) – 35 oyuna 34 qol

0,86: Joze Altafini (Milan/Yuventus) – 28 oyuna 24 qol

0,85: Ferens Puşkaş (Honved/Real) – 41 oyuna 35 qol

0,84: Alfredo Di Stefano (Real) – 58 oyuna 49 qol

0,82: Aquaş (Benfika) – 22 oyuna 18 qol

0,78: Lionel Messi (Barselona) – 106 oyuna 83 qol

0,76: Jan-Pyer Papen (Olimpik/Milan) – 37 oyuna 28 qol

0,75: Eysebio (Benfika) – 63 oyuna 47 qol

0,74: Ruud Van Nistelroy (PSV/Mançester Yunayted/Real) – 81 oyuna 60 qol

0,73: Kriştiano Ronaldo (Mançester Yunayted/Real) – 129 oyuna 94 qol

Avropa Liqasında (UEFA kuboku) ən yüksək məhsuldarlıq göstərənlər

1,10: Yupp Haynkes (Borussiya M) – 21 oyuna 23 qol

1,00: Darko Kovaçeviç (Srvena Zvezda/Real Sosyedad/Yuventus/Olimpiakos) – 20 oyuna 20 qol

0,94: Radamel Falkao (Portu/Atletiko) – 33 qol 31 qol

0,81: Diter Müller (Köln/Ştutqart/Bordo) – 36 oyuna 29 qol

0,78: Conatan Soriano (Espanyol/Zalsburq) – 23 oyuna 18 qol

0,76: Ruud Qeels (Brügge/Ayaks) – 21 oyuna 16 qol

0,76: Toni Yeboa (Ayntraxt/Lids/Hamburq) – 21 oyuna 16 qol

0,75: Alan (Zalsburq) – 24 oyuna 18 qol

0,73: Klaas Yan-Huntelaar (Herenven/Ayaks/Şalke) – 45 oyuna 33 qol

0,73: Klaudio Pizarro (Verder) – 33 oyuna 24 qol

0,73: Allan Simonsen (Borussiya M/Barselona) – 26 oyuna 19 qol

Ümumiyyətlə, avrokuboklarda ən yüksək məhsuldarlıq göstərənlər

0,90: Radamel Falkao (Portu/Atletiko) – 42 oyuna 38 qol

0,87: Herd Müller (Bavariya) – 71 oyuna 62 qol

0,86: Stefan Givarş (Oser/Renn/Nyukasl) – 28 oyuna 24 qol

0,86: Ferens Puşkaş (Honved/Real) – 43 oyuna 37 qol

0,83: Alfredo Di Stefano (Real) – 60 oyuna 50 qol

0,82: İvan Mraz (Slovan B/Sparta P/Dukla) – 22 oyuna 18 qol

0,82: Yupp Haynkes (Borussiya M) – 55 oyuna 45 qol

0,80: Kornelius Kist (Alkmaar/PSJ) – 25 oyuna 20 qol

0,80: Denis Lou (Mançester Yunayted) – 25 oyuna 20 qol

0,80: Kevin Ektor (Derbi Kaunti) – 20 oyuna 16 qol

UEFA-nın bayrağı altında keçirilən turnirlər bunlardır: UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası/UEFA kuboku, Kuboklar Kuboku, UEFA Superkuboku, İntertoto Kuboku, Qitələrarası Kubok.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm