“Bavariya” Madriddən əliboş qayıtdı (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Bavariya” Madriddən əliboş qayıtdı (YENİLƏNİB)

Dünən Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyunu keçirildi və azarkeşlər qol görmədi. “Real”ı qəbul edən “Mançester Siti” üçün 0:0 hesabını qənaətbəxş saymaq olar. Səfərdə vurulan bir qol madridlilər üçün ikiqat zərbə olacaq. Bu gün daha bir oyun keçirilib.

Publika.az xəbər verir ki, Madridin digər təmsilçisi “Atletiko” Almaniya nəhəngi "Bavariya"nı sınağa çəkib. Matçın taleyini 1 qol həll edib. Minimal hesablı qələbə qazanan meydan sahibləri Münhenə daha rahat yollanacaq.

Çempionlar Liqası, 1/2 final, ilk oyun

27 aprel

22:45 Atletiko (İspaniya) - Bavariya (Almaniya) 1:0

Saul, 11.

Bu komandaların cavab oyunu mayın 3-də Münhendə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm