QƏRAR VERİLDİ: “Milan” satılır!
Bizi izləyin

İdman

QƏRAR VERİLDİ: “Milan” satılır!

“Milan”ın sahibi Silvio Berluskoni klub səhmlərinə nəzarət paketinin satılmasına razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” qəzetində yazılıb. İtaliyanın sabiq naziri uzunmüddətli və intensiv danışıqlardan sonra buna razı olub.

Sövdələşmənin təxmini məbləği 700 milyon avrodur. İlkin müqavilənin 29 aprel-2 may aralığında imzalanacağı ehtimal olunur.

Sənədlər imzalansa, iyunun ortalarında “Milan” 2016/17 mövsümünə yeni səhmdarlar heyəti ilə başlaya bilər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm