MS türk futbolçuya 18 milyon avro verməyə hazırdır
Bizi izləyin

İdman

MS türk futbolçuya 18 milyon avro verməyə hazırdır

“Mançester Siti” Dortmund “Borussiya”sının futbolçusu İlkay Gündoğanı transfer etməkdə israrlıdır.

Publika.az xəbər verir ki, “Şəhərlilər” artıq bunun üçün fəaliyyətə başlayıblar. “Mançester Siti” “Borussiya”ya rəsmi təklif göndərib.

İngilislər türk əsilli futbolçu üçün 18 milyon avro ödəməyə hazırdılar. Bundan əlavə, Gündoğan “Mançester Siti”də uğurlu çıxış edə bilsə, “Borussiya” əlavə olaraq 5 milyon avro da alacaq.

Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, Gündoğan mövsümün sonunda “Borussiya”nı tərk etmək istəyir. Onun Dortmund klubu ilə müqaviləsi 2017-ci ilin yayında başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm