“Şaxtyor” qələbəni əldən verdi, “Liverpul”a son dəqiqə şoku (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Şaxtyor” qələbəni əldən verdi, “Liverpul”a son dəqiqə şoku (YENİLƏNİB)

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, görüşlər Ukrayna və İspaniyada baş tutub.

Donetsk "Şaxtyor"u doğma azarkeşləri önündə İspaniyanın "Sevilya" klubuyla qarşılaşıb. Bolqollu keçən oyunda qalib müəyyənləşməyib - 2:2.

Gecənin digər görüşündə İspaniyanın daha bir klubu "Vilyarreal" İngiltərə "Liverpul"u ilə münasibətlərinə aydınlıq gətirib. Son dəqiqələrdə gələn qol qonaqları şoka salıb. İspanlar İngiltərəyə daha rahat yollana bilərlər.

Avropa Liqası. 1/2 final, ilk oyunlar

28 aprel

23:05 Şaxtyor (Ukrayna) - Sevilya (İspaniya) 2:2

Marles, 23. Stepanenko, 36 - Vitolo, 6. Qameyro, 82-p.

23:05 Vilyarreal (İspaniya) - Liverpul (İngiltərə) 1:0

Adrian, 90+2.

Qeyd edək ki, cavab görüşləri mayın 5-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm