“Qəbələ”yə final yolunda vurulan badalaq - VİDEO
Bizi izləyin

İdman

“Qəbələ”yə final yolunda vurulan badalaq - VİDEO

Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" oyununda (1:1) matçın baş hakimi, FİFA referisi Əliyar Ağayev kobud səhvlə yadda qalıb.

Publika.az xəbər verir ki, matçın 74-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Aleksey Qay rəqibin cərimə meydançasında "Neftçi"nin qapıçısı Aqil Məmmədov tərəfindən kobudluqla dayandırılsa da, Ağayev penalti verməyib.

FİFA referisi bu epizodu simulyasiya kimi “dəyərləndirərək” ukraynalı futbolçuya sarı vərəqə göstərib. Hakimin bu qərarına Qay çox sərt reaksiya verib. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra hakimlikdən ciddi narazılıq edib. Elə sosial şəbəkələrdə də Əliyar Ağayevin ünvanına sərt tənqidlər səsləndirilib.

Oyunun videoyazısından da hakimin səhv etdiyi aşkar görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm