Messi, Suarez, Hazard və Neymar Türkiyədə
Bizi izləyin

İdman

Messi, Suarez, Hazard və Neymar Türkiyədə

“Antalyaspor” klubunun prezidenti Gültekin Gencer Eden Hazard, İnyesta, Neymar, Messi, Suarez başda olmaqla 15 dünya ulduzunun Antalyaya gələcəyini bildirib.

Publika.az xəbər verir ki, dünya ulduzlarının Antalyaya gəlişinin səbəbi Samuel Eto'oya aid qurumun 10-cu ildönümünü qeyd etməkdir. Bu münasibətlə Antalya stadionunda ulduz futbolçulardan ibarət dünya yığması Türkiyə yığmasıyla yoldaşlıq oyunu keçirəcək.

Bu tədbirin 15-17 iyul tarixlərində baş tutacağı planlaşdırılır. Güncer tədbir haqqında danışarkən Messi, Neymar, Eden Hazard, İnyestanın görüntülü mesajları ekranda nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm