"Real" qisasını aldı, PSJ Mourinyoya yol göstərdi
Bizi izləyin

İdman

"Real" qisasını aldı, PSJ Mourinyoya yol göstərdi

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu gecə qitənin iki şəhərində iki matç baş tutub.

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Bu gecə qitənin iki şəhərində iki matç baş tutub.

Təbii ki, əsas diqqət Madridə yönəlib. İspaniyanın paytaxtında "Real" "Borussiya"nı (Dortmund) qəbul edib. "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşmada "Real" rəqibini darmadağın edib - 3:0. Hesabı 3-cü dəqiqədə Daniel Karvajalın ötürməsindən yararlanan Qaret Beyl açıb. 27-ci dəqiqədə İsko rəqib qapısına yol tapıb. 57-ci dəqiqədə isə Kriştiano Ronaldo fərqlənib. Bununla da portuqaliyalı ulduz cari mövsümdə Çempionlar Liqasında 14-cü qolunu vuraraq Lionel Messinin rekordunu təkrarlayıb. Belə ki, argentinalı ulduz 2011/12 mövsümündə 14 qolla bombardir olmuşdu ki, bu da turnirin tarixində rekord sayılır.

Bu matç "Real" üçün qisas xarakteri daşıyıb. Belə ki, "Kral Klubu" ötən mövsüm turnirin yarımfinalında "Borussiya"ya iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırmışdı (1:4, 2:0).

Günün digər oyununda isə PSJ "Çelsi"ni qəbul edib. Parisdəki "Parc des Princes" stadionunda baş tutan qarşılaşmada erkən qol qeydə alınıb. Belə ki, 4-cü dəqiqədə Ezekuiel Lavezzi "Çelsi"ni meydanın mərkəzinə dəvət edib. 26-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Eden Hazard bərabərliyi təmin edib. 61-cı dəqiqədə isə David Luiz topu öz qapısına göndərərək PSJ-ni sevindirib. Son nöqtəni isə əlavə vaxtda 85-ci dəqiqədə meydana çıxan Xavyer Pastore qoyub - 3:1.

Qeyd edək ki, 1/4 finalın ilk iki oyunu dünən keçirilib. "Barselona" "Atletiko"nu, "Mançester Yunayted" "Bavariya"nı qəbul edib və hər iki oyun eyni hesabla bitib - 1:1.

Çempionlar Liqası

2013/14 mövsümü

1/4 final (ilk oyun)

2 aprel

23.45 Real (Madrid, İspaniya) - Borussiya (Dortmund, Almaniya) 3:0

Qollar: Qaret Beyl, 3. İsko, 27. Kriştiano Ronaldo, 56.

Real: İker Kasilyas, Pepe, Serxio Ramos, Fabio Koentrao, Daniel Karvajal, Qaret Beyl, Xabi Alonso, Luka Modriç, İsko (Asyer İllarramendi, 72), Kriştiano Ronaldo (Kasemiro, 80), Karim Benzema (Alvaro Morata, 71).

Ehtiyat oyunçular: Diego Lopes, Rafael Varane, Naço Fernandes, Jese Rodriges.

Baş məşqçi: Karlo Ançelotti.

Borussiya: Roman Veydenfeller, Mats Hummels, Sokratis Papastatopulos, Lukaş Pişçek (Julian Şkyeber, 67), Erik Durm, Sebastian Kehl (Miloş Jojiç, 73), Marko Reus, Nuri Şahin, Kevin Qrosskreuts, Henrik Mkitaryan (Yonas Hofmann, 64), Pierre-Emerik Aubameyanq.

Ehtiyat oyunçular: Mitçell Lanqerak, Manuel Friedrix, Oliver Kirş, Marvin Dukx.

Baş məşqçi: Yurgen Klopp.

Sarı vərəqələr: Marko Reus, 18. Sebastian Kehl, 30. Kevin Qrosskreuts, 87.

Baş hakim: Mark Klattenburq (İngiltərə).

Madrid. "Santyaqo Bernabeu" stadionu.

23.45 PSJ (Fransa) - Çelsi (İngiltərə) 3:1

Qollar: Ezekuiel Lavezzi, 4. David Luiz, 61 (avtoqol). Xavyer Pastore, 90+3 - Eden Hazard, 26-pen.

PSJ: Salvatore Siriqu, Tyaqo Silva, Aleks, Maksvell Andrade, Kristophe Jallet, Tyaqo Motta, Blayse Matuidi, Marko Verratti (Yohan Kabaye, 75), Edinson Kavani, Zlatan İbrahimoviç (Lukas, 69), Ezekuiel Lavezzi (Xavyer Pastore, 85).

Ehtiyat oyunçular: Nikolas Douçez, Markuinyos, Lukas Diqne, Adrien Rabiot.

Baş məşqçi: Loran Blan.

Çelsi: Petr Çex, Branislav İvanoviç, David Luiz, Hari Kahill, Con Terri, Sezar Azpilikueta, Ramires, Oskar (Frank Lempard, 72), Eden Hazard, Villian, Andre Şkürrle (Fernando Terres, 59).

Ehtiyat oyunçular: Mark Şvarzer, Natan Ake, Tomaş Kalas, Con Obi Mikel, Demba Ba.

Baş məşqçi: Joze Mourinyo.

Sarı vərəqələr: Aleks, 20. Tyaqo Motta, 82. Edinson Kavani, 86 - Ramires, 12. Villian, 32. David Luiz, 86.

Baş hakim: Milorad Majiç (Serbiya).

Paris. "Parc des Princes" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm