Polşa şirkəti Sumqayıtda stadion tikmək istəyir
Bizi izləyin

İdman

Polşa şirkəti Sumqayıtda stadion tikmək istəyir

Polşa şirkəti "JSK Architekci" Sumqayıtda stadion tikmək niyyətindədir.

Polşa şirkəti "JSK Architekci" Sumqayıtda stadion tikmək niyyətindədir.

Stadionun layihəsinin üzərində iş artıq başa çatıb, bu layihənin reallaşdırmasını maliyyələşdirəcək SOCAR-la da ilkin razılıq nail olunub. Bunu şirkətin vitse-prezidenti Mariuş Ruts Varşavada Azərbaycan jurnalistləriylə görüşdə bildirib.

Şirkətin vitse-prezidentinin sözlərinə görə, Memorandum artıq SOCAR-la imzalanıb.

"Ümid edirik ki, ilin sonuna qədər biz stadionun tikintisinə başlamağı bacaracıq", - Ruts deyib.

İlkin layihədə 40 min oturacaqlı stadion tikmək planlaşdırılırdı, ancaq sonra SOCAR-ın rəhbərliyi 15 min oturacaqlı stadion tikməyi təklif etdi, Ruts əlavə edib.

Yeni stadion altmışıncı illərdə tikilmiş köhnən stadiounun yerində tikilməsi planlaşdırılır. Stadion bütün müasir standartlara cavab verəcək.

"JSK Architekci" şirkəti stadionların planlaşdırılmasından başqa həmçinin aeroportların və ticarət mərkəzlərinin planlaşdırılmasıyla məşğul olur.

Şirkətdə həmçinin Bakıda "Ağ şəhər" layihəsində işləmək niyyəti var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm