Qurban Qurbanov söz verdi
Bizi izləyin

İdman

Qurban Qurbanov söz verdi

"Marafon təkcə idman rəqabəti deyil. Bu, Azərbaycan xalqının birliyini, gücünü nümayiş etdirir".

Publika.az xəbər verir ki, bu fikirləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Report-a açıqlamasında deyib.

"Küləyə qalib gəl" şüarı altında keçirilən "Bakı Marafonu 2016"-ya qatılan təcrübəli mütəxəssis, belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal sayır:

"Ümumiyyətlə, son vaxtlar belə tədbirlərin keçirilməsi insanlarda, cəmiyyətdə birliyi artırır, böyük inam yaradır. Ona görə bu cür tədbirləri dəstəkləyirəm. Sağlamlıq, birlik, güc - bunların hamısı hər bir xalq üçün çox lazımdır. Düşünürəm ki, Azərbaycan xalqının ildən-ilə daha da bir, güclü olmağı bacardığı hiss olunur. Açığı, bugünkü marafona yalnız iştirak üçün gəlmişəm. İnşallah, növbəti yarışlara tam hazırlaşıb qaliblərdən biri olmağa çalışacağam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm