İdmançımız Avropanı fəth etdi - VİDEO
Bizi izləyin

İdman

İdmançımız Avropanı fəth etdi - VİDEO

İdmançımız Avropanı fəth etdi - VİDEO

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Publika.Az xəbər verir ki, çempionatın ikinci günündə 57 və 61 kq sərbəst, 53 və 60 kq qadın güləşçilər mübarizə aparıb.

61 kq-da Hacı Əliyev inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabıyla üstələyib.

Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb. Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olub. İdmançımız rusiyalı dünya çempionunu 12:5 hesabı ilə məğlub edərək yığmamıza ikinci Avropa qızılını qazandırıb.

Rekord.az final qarşılaşmasının tam videosunu təqdim edir.

1/8 final - Hacı Əliyev - Aleksandr Semisorov (GER) 14-4

1/4 final - Beka Lomtadze (GEO) - Hacı Əliyev 6-12

1/2 final - Vasil Şuptar (UKR) - Hacı Əliyev 7-9

FİNAL - Bekxan Qoyqereyev (RUS) - Hacı Əliyev 5-12

Qeyd edək ki, Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın üçüncü günündə 74 və 125 kq sərbəst, 55 və 69 kq qadın güləşçilər mübarizə aparacaq. İlkin görüşlər Bakı vaxtı ilə saat 12.00-da başlayacaq. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunacaqlar.

74 kq

1/8 final - Cəbrayıl Həsənov - Alberto Martines (ESP)

125 kq

1/8 final - Dmitri Mixaylov (LAT) - Cəmaləddin Məhəmmədov

69 kq

1/8 final - Nadya Sementsova - Svetlana Saenko (MDA)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm