Suriyalı qaçqın Olimpiya məşəli daşıyacaq
Bizi izləyin

İdman

Suriyalı qaçqın Olimpiya məşəli daşıyacaq

Braziliyada Olimpiya məşəli estafetinin ilk iştirakçılarından biri suriyalı qaçqın ailəsinin üzvü olacaq.

Publika.az xəbər verir ki, bu, 12 yaşlı Xanan Xaled Dakkadır. Qız və onun ailəsi Suriyanın şimal-şərqindəki İdlib şəhərində yaşayıb. Həmin şəhər vətəndaş müharibəsi zamanı ələ keçirilib. Onlar bir müddət İordaniyada qaçqınlar düşərgəsində yaşadıqdan sonra Braziliyaya üz tutaraq San-Pauluda məskunlaşıblar. Hazırda qızın anası hamilədir və Xanan bacı və ya qardaşının doğulacağını gözləyir. (Report)

Qeyd edək ki, Olimpiya məşəli estafeti mayın 3-də Braziliyanın paytaxtı Braziliadan start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm