1 milyonluq parti, “Lester” çempion FOTOLAR/VİDEOLAR
Bizi izləyin

İdman

1 milyonluq parti, “Lester” çempion FOTOLAR/VİDEOLAR

İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi başa çatıb.

Publika.az xəbər verir ki, 36-cı turun son oyununda "Çelsi" doğma meydanda "Tottenhem"i qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatdığından, bu, "Lester"ə İngiltərə çempionu olmaq imkanı verib. Bu heç-heçə sayəsində sona iki tur qalmış hesabında 77 xal olan "Tülkülər" ən yaxın izləyicisi "Tottenhem"dən 7 xal aralanıb.

"Lester" İngiltərədə çempion olan 24-cü komanda olub.

İngiltərə. Premyer-liqa, 36-cı tur

Çelsi (London) – Tottenhem (London) 2:2

Keyn, 35 (0:1); Min, 44 (0:2); Kehill, 58 (1:2); Azar, 83 (2:2).

Tarixində ilk dəfə İngiltərə çempionu olan “Tülkülər” qələbəni böyük coşqu ilə qeyd ediblər. “Lester”in futbolçuları “Çelsi” - “Tottenhem” oyununu izləmək üçün Ceymi Vardinin evində toplaşıblar. Daha doğrusu, mövsümün qəhrəmanlarından biri Cimi Vardi minlərlə azarkeşi öz evinə toplayaraq birgə “Çelsi” – “Tottenhem” matçını izləyiblər. İngiltərəli hücumçu bu parti üçün 1 milyon funt-sterlinq xərcləsə də, buna dəyər. Çünki derbinin sonunda onun şərəfini qoruduğu komanda çempion oldu.

Hakimin final fitindən sonra “Lester”li futbolçular çempionluğu dəlicəsinə sevinərək, qeyd ediblər. Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm