Hazard, Kroos, Poqba, Nuri Şahin... - Bakıda hansı ulduzlar parlayacaq?
Bizi izləyin

İdman

Hazard, Kroos, Poqba, Nuri Şahin... - Bakıda hansı ulduzlar parlayacaq?

2 gündən sonra Bakıda futbol üzrə 17 yaşlılar arasında Avropa çempionatının final mərhələsi start götürəcək. Bütün dünyanın gözü paytaxtımızda olacaq. Bunu şişirdilmiş söz kimi qəbul etməyin. Həqiqətən də Bakının 4 stadionunda gələcəyin Poqbaları, Runiləri, Hazardları, Nuri Şahinləri meydana çıxacaq.

Avropanın 16 güclü millisinin gənc futbolçuları Bakı Olimpiya stadionunda, “Qarabağ” stadionunda (Azərsun-Arena), “8-ci kilometr” stadionunda və “Dalğa Arena”da istedadını nümayiş etdirməyə çalışacaq. Böyük ehtimalla Bakı turnirində parlayanlar bir neçə ildən sonra Avropanın nəhəng klublarında top qovacaq.

2002-ci ildən keçirilən U-17 Avropa çempionatı indiyədək dünya futboluna xeyli ulduz bəxş edib.

Publika.az məhz 17 yaşlıların Avropa çempionatından “çıxan” perspektivli ulduzların ən populyar “onluğ”unu təqdim edir:

2012, Sloveniya: Maks Mayer (Almaniya)

AÇ (U-17): 11 oyun/6 qol

2011, Serbiya: Memfis Depay (Hollandiya)

AÇ (U-17): 10/5

2010, Lixtenşteyn: Pol Poqba (Fransa)

AÇ (U-17): 7/2

2009, Almaniya: Mario Getse (Almaniya)

AÇ (U-17): 4/1

2008, Türkiyə: Tyaqo Alkantara (İspaniya)

AÇ (U-17): 8/6

2007, Belçika: Eden Hazard (Belçika)

AÇ (U-17): 7/1

2006, Lüksemburq: Toni Kroos (Almaniya)

AÇ (U-17): 20/11

2005, İtaliya: Nuri Şahin (Türkiyə)

AÇ (U-17): 11/1

2004, Fransa: Sesk Fabreqas (İspaniya)

AÇ (U-17): 8/2

2002, Danimarka: Ueyn Runi (İngiltərə)

AÇ (U-17): 8/7

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm