“Tour d’Azerbaijan-2016”: İlk mərhələnin qalibləri müəyyənləşdi
Bizi izləyin

İdman

“Tour d’Azerbaijan-2016”: İlk mərhələnin qalibləri müəyyənləşdi

Bu gün Bakıda Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaijan-2016" veloyürüşünə start verilib.

Publika.az xəbər verir ki, 19 ölkədən 21 komanda Bayraq Meydanından hərəkətə başlayaraq Sumqayıta doğru istiqamət alıb.

124 iştirakçı 154 km məsafə qət edib. Yarışın ən yüksək göstəricisi 3 saat 34 dəqiqə 19 saniyədir.

I mərhələnin qalibi Almaniyanın "Bora-Arqon 18" komandasının üzvü Fil Bohos olub. Avstriyanın "Team Illuminate" komandasının üzvü Skott Sanderlend ikinci, "NASR-Dubai"nin (BƏƏ) üzvü Luka Vakkermann isə üçüncü yeri tutub. Azərbaycan təmsilçisi "Synergy Baku"nun üzvlərindən ən yaxşı göstərici isə Yannis Tamuridisə məxsusdur - 5-ci yer.

F.Bohos eyni zamanda bənövşəyi köynəyin və ən yaxşı gənc velosipedçi nominasiyasında göy köynəyin sahibi olub. İdmançı, həmçinin yaşıl köynəyə də sahib çıxıb.

Qeyd edək ki, "Tour d’Azerbaijan-2016" veloyürüşündə Pro Kontinental komandalardan "Rusvelo" (Rusiya), "Drapac" (Avstriya), "Bora-Arqon 18" (Almaniya), "Novo Nordisk" (ABŞ), "Roth" (İsveçrə), "Southeast" (İtaliya), Kontinental komandalardan "Alpha Baltic" (Latviya), "Astana City" (Qazaxıstan), "Bridgestone Anchor" (Yaponiya), "Cycling Academy Team" (İsrail), "Massi" (Küveyt), "Dukla Banska" (Slovakiya), "Nasr-Dubai" (BƏƏ), "Felbermayr" (Avstriya), "İlluminate" (ABŞ), "Sauerland" (Almaniya), "Tavira" (Portuqaliya), "Terrengganu" (Malayziya), "Unieuro" (İtaliya) və Estoniya yığması mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm