63 yaşlı nənə cavanlara meydan oxudu - FOTO/VİDEO
Bizi izləyin

İdman

63 yaşlı nənə cavanlara meydan oxudu - FOTO/VİDEO

63 yaşlı Gülbəs nənənin indiki cavanlara meydan oxuyan bacarığı hamını heyrətləndirir.

Publika.az xəbər verir ki, uzun illərdir karate döyüş növü ilə məşğul olan nənə hətta nəvələrinə də məşqçilik edir.

Gülbəs nənə Şamaxının idman ictimayyətinə yaxşı tanışdır. Nəvəsi Soltanəhmədi idman dərslərinə gətirməklə taekvandoya marağı yaranan Gülbəs nənə yaşlı olmasına baxmayaraq özü də bu idmanla məşğul olmağa başlayıb. O, nəvəsinin ən etibarlı və çılğın azarkeşidir. Bu idman növünə həddən artıq həvəs göstərən nənə internetdə kadrlara baxmaqla taekvandonun qaydalarını da öyrənməyə nail olub. Bununla da o yarış vaxtı hakimlik də edə bilir.

Gülbəs nənə cavanlığından da zəhmətə qatlaşan, əməksevər və gümrah bir insan olub. Gənc yaşlarında da idmanla arabir məşğul olan Gülbəs Əyyubova uzun müddət üzüm bağlarında fəhlə, briqadir, aqronom kimi calışıb. 1972-ci ildə isə fəxri fərman alıb. Qabaqcıl işci olduğu üçün ümummilli lider Heydər Əliyev ona avtomobil hədiyyə edib.

Kişilərdən heç də geri qalmayan Gülbəs nənə hətta 1972-1976 illərdə sürücü kimi də fəaliyyət göstərib. Şamaxıda ilk xanım sürücüdür. Bir sözlə, idmanın yaşı yoxdur. Günümüzdə oturaq həyat tərzi keçirənlərin sayının çoxluq təşkil etdiyini nəzərə alsaq, Gülbəs nənə bu baxımdan hamıya örnək olmalıdır. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm