AÇ-2016: İlk qələbə Avstriyadan gəldi
Bizi izləyin

İdman

AÇ-2016: İlk qələbə Avstriyadan gəldi

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürüb.

Publika.az xəbər verir ki, Bakıda keçirilən turnirin ilk görüşü Avstriya və Bosniya və Herseqovina komandaları arasında keçirilib. "Bakcell Arena"da keçirilən qarşılaşmaya nominal meydan sahibi olan Avstriya daha aktiv başlayıb. İlk hissədə dubl edən Kristof Baumqartner qələbənin memarı olub.

İlk oyundan sonra Avstriya yığması aktivinə 3 xal yazaraq B qrupunun birinci pilləsini ələ keçirib. Qrupun digər oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Saat 17:00-da start götürəcək qarşılaşmada Ukrayna və Almaniya komandaları üz-üzə gələcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm