İdman
Bakıda “Böyük dəbilqə”yə start verildi
Bu gün Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb.
Publika.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında 3 gün davam edəcək yarışda 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayacaq.
Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. 154 min dollar mükafat fonduna malik yarışda hər çəkidə qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, hər çəkidə üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar.
"Böyük Dəbilqə" Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin təşkilatçılığı ilə ilk böyük turnir olacaq. Ev sahibi ölkəni 27 kişi və 3 qadın cüdoçu təmsil edəcək. İlk yarış günündə onlardan 10-u mübarizəyə qoşulur:
6 may
48 kq. Aişə Qurbanlı - Valentina Moskatt (İtaliya)
48 kq. Şəfəq Məmmədova - Dilara Lokmanhekim (Türkiyə)
60 kq. Orxan Səfərov - Ryuju Naqayama (Yaponiya)
60 kq. İlqar Müşkiyev - Nuno Karvalyo (Portuqaliya) - Bekir Özlü (Türkiyə) cütünün qalibi
60 kq. Vüqar Şirinli - Yuho Reynvall (Finlandiya)-Eşli Mkkenzye (Böyük Britaniya) cütünün qalibi
60 kq. Elbrus Zamanov - Artyom Arşanski (İsrail)
66 kq. Orxan Əsgərzadə - Vaya Marqvelaşvili (Gürcüstan)
66 kq. Tərlan Kərimov - Aleksandr Beta (Polşa)
66 kq. Famil Məmmədzadə - Kennet Van Qansbek (Belçika)-Adrian Qombos (Sloveniya) cütünün qalibi
66 kq. İskəndər Talışinski - Çia Hunq Çyen (Tayvan)-Andraz Jereb (Sloveniya) cütünün qalibi
Qeyd edək ki, ilk görüşlər saat 10:00-da başlayıb. Final qarşılaşmaları isə saat 17:00-da başlayacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!