AÇ-2016: Hollandiya İspaniya ilə üz-üzə
Bizi izləyin

İdman

AÇ-2016: Hollandiya İspaniya ilə üz-üzə

Bu gün Bakıda 17 yaşadək futbolçular arasındakı Avropa çempionatının daha 4 oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, ikinci oyun gününün qarşılaşmalarından sonra ilk tura yekun vurulacaq.

Günün ilk matçında İtaliya yığması "Azərsun Arena"da Serbiyaya gücünü göstərməyə çalışacaq. Qrupun digər matçında Holllandiya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş "Dalğa Arena"da olacaq.

C qrupunda isə İngiltərə və İsveç komandaları "Azərsun Arena"da qalibi müəyyənləşdirməyə çalışacaq. "Dalğa Arena"da isə Fransa - Danimarka oyunu keçiriləcək.

Qeyd edək ki, turnirin ilk oyun günündə Portuqaliya Azərbaycana 5:0, Belçika Şotlandiyaya 2:0, Avstriya Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəlib. Ukrayna - Almaniya matçı isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

AÇ-2016. 1-ci tur

6 may

D qrupu

14:00 İtaliya - Serbiya ("Azərsun Arena")

15:30 Hollandiya – İspaniya ("Dalğa Arena")

C qrupu

19:00 Fransa - Danimarka ("Dalğa Arena")

19:00 İngiltərə - İsveç ("Azərsun Arena")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm