AÇ-2016: İtaliya və İspaniya qələbəylə başladı
Bizi izləyin

İdman

AÇ-2016: İtaliya və İspaniya qələbəylə başladı

Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha iki oyun olub.

Publika.az xəbər verir ki, D qrupunda İtaliya və Serbiya yığmaları üz-üzə gəliblər.

"Azərsun Arena"da baş tutmuş görüş italyanlar üçün uğurlu olub. Apenninlilər 2:1 hesablı qələbə qazanıb. İtaliyanın heyətində matçın 9-cu dəqiqəsində Canluka Skamakka, 23 dəqiqə sonra isə turnirin perspektivli futbolçularından sayılan Moys Kin fərqlənib. Serbiyanın yeganə qolunun sahibi isə oyunun 77-ci dəqiqəsində İqor Maksimoviç olub.

Qrupun digər oyununda isə Hollandiya və İspaniya qarşılaşıb. Hər hissədə bir qol vuran pireneylilər ilk qələbəsini qazanıb.

AÇ-2016 (U-17). 1-ci tur

D qrupu

Hollandiya - İspaniya 0:2

Xordi Mbula, 16, Abel Ruiz, 52

“Dalğa Arena”

İtaliya - Serbiya 2:1

Canluka Skamakka, 9, Moyse Kin, 32 - İqor Maksimoviç, 77

Suraxanı qəsəbə stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm