
“Qarabağ” Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL-a qarşı keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Publika.Az xəbər verir ki, komandanın kapitanı Rəşad Sadıqov “ağdamlılar”ın heyətində məşqlərə qoşulub. Müdafiəçi Türkiyədə tibbi müayinə keçərək geri dönüb və komanda ilə birgə AZAL-a qarşı oyuna hazırlaşır.
Qeyd edək ki, AZAL “Qarabağ” matçı aprelin 5-də saat 17:00-da “AZAL Arena” stadionunda Ramil Diniyevin idarəçiliyi ilə baş tutacaq.
Aygün İlqarqızı