Bakıdakı Avropa çempionatından 20 maraqlı an - FOTOLAR
Bizi izləyin

İdman

Bakıdakı Avropa çempionatından 20 maraqlı an - FOTOLAR

Bakıda düzənlənən 17 yaşlılar arasında Avropa çempionatında 5 gün arxada qaldı.

Publika.az xəbər verir ki, meydan sahibi kimi qitə çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi ilk oyunda Portuqaliyaya uduzmaqla azarkeşləri xeyli məyus etdi. Ancaq Belçika ilə heç-heçə bu uğursuzluğu müəyyən qədər unutdurdu. Görək Şotlandiyanı məğlub edə biləcəyikmi?

Qrup mərhələsində 2 turdan sonra cəmi iki komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Bunlardan biri ilk oyunda millimizi darmadağın edən Portuqaliya millisidir. Pireneylilər ikinci oyunda Şotlandiyanı məğlub etdi.

Digər komanda isə Avstriyanın 17 yaşlılarıdır. İki oyuna 6 xal toplayan “Ağ-qaralar”ın son turda Almaniya ilə qarşılaşması liderlik baxımından əhəmiyyətli olacaq.

Bosniya və Herseqovina ilə Şotlandiya milliləri üçün son tur formal xarakter daşıyacaq.

Publika.az baş tutan 16 oyundan maraqlı fotoları təqdim edir:

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm