Məşhur futbolçu soyadını dəyişdi
Bizi izləyin

İdman

Məşhur futbolçu soyadını dəyişdi

İspaniyada legioner həyatı yaşayan ukraynalı futbolçu Yevgeni Konoplyanka soyadını dəyişmək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, “Sevilya”nın və Ukrayna millisinin yarımmüdafiəçisi bu barədə vətənində iştirak etdiyi teleşoulardan birində deyib. Jenya bildirib ki, İspaniyada onu gah Çokoplyança, gah Şokoplyança, gah da müxtəlif cür çağırırlar: “Onlar Jenya sözünü deməyə çətinlik çəkirlər. Artıq pasportda soyadımı dəyişib Kono eləmişəm ki, ispanlar məni rahat çağırsınlar”.

26 yaşlı Kirovoqrad əsilli futbolçu ötən yay “Dnepr”i “Sevilya”ya dəyişib. Cari mövsümdə Konoplyanka İspaniya klubunun heyətində bütün turnirlərdə 50 oyun keçirib, 8 qol və 9 məhsuldar ötürməylə yadda qalıb.

2015/16 mövsümünü uğurlu keçirən “Sevilya” Avropa Liqasının finalında “Liverpul”la qarşılaşacaq. Həmin oyun mayın 18-də Bazeldə baş tutacaq. Qalib gələn komanda növbəti mövsüm birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm